UEFA Çempionlar Liqasının final oyunları tarixində ilk dəfə olaraq böyük ekranda ictimai efirə icazə verilib

A- A A+

UEFA Çempionlar Liqasının final oyunları tarixində ilk dəfə olaraq, mayın 26-da Kiyevdə “Real”-“Liverpul” matçının böyük ekranda ictimai efirdə yayımlanmasına icazə verilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Kiyev Şəhər Administrasiyasının rəhbəri Viltali Kliçko məlumat verib.

Kiyev meri vurğulayıb ki, UEFA final oyununun birbaşa yayımlanması üçün “Kontraktovoy” meydanında böyük ekranın quraşdırılmasına icazə verib. On beş min azarkeş həmin meydanda böyük ekran vasitəsilə UEFA Çempionlar Liqasının oyununu birbaşa izləyə biləcək.

UEFA Çempionlar Liqasının final oyununda “Real” və “Liverpul” komandaları üz-üzə gələcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: