İngiltərənin "Çelsi" klubunun keçmiş futbolçusu Marvin Hinton vəfat edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə London kollektivinin mətbuat xidməti məlumat yayıb.
O, 85 yaşında dünyasını dəyişib. İngiltərə millisinin sabiq müdafiəçisinin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Marvin Hinton 1963–1976-cı illərdə "Çelsi"nin şərəfini qoruyub.
