Misli Premyer Liqasında XIV tur mərkəzi oyunla start götürür

A- A A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.

NUHÇIXAN xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Çempionatın lideri "Qarabağ" (29 xal) ikinci pillədə qərarlaşan "Zirə"nin (26 xal) qonağı olacaq.

Zirə İdman Kompleksinin stadionunda oynanılacaq görüş saat 17:00-da başlayacaq. Oyunu Rauf Cabarov idarə edəcək.

Qeyd edək ki, XIV turun digər matçları dekabrın 7, 8 və 9-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: