Dünya çempionatı: Azərbaycanın iki boksçusu qələbə qazanıb

A- A A+

Azərbaycanın iki boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının 1/16 finalında qələbə qazanıb.

NUHÇIXAN-ın məlumatına görə, Maqsud Xasmetov (63,5 kq) debütdə Pasifik Niyonzima (Ruanda) ilə qarşılaşıb.

Boksçumuz rəqibinə üçüncü raundda nokautla qalib gəlib.

Xasmetov 1/8 finalda Ruslan Qafurovla (Tacikistan) gücünü sınayacaq.

Sərxan Əliyev (71 kq) isə Bonifatsi Maynanı (Keniya) mübarizədən kənarlaşdırıb. Dünya çempionatının bürünc medalçısı rəqibini 4:1 (29:28, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda Arturs Vaisla (Latviya) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: