“Ayaks”ın iki futbolçusu “Qarabağ”a qarşı oynamaya bilər

A- A A+

Niderlandın “Ayaks” komandasının futbolçusu Kennet Teylorun UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda Bakıda “Qarabağ”a qarşı oynamağı sual altındadır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin baş məşqçisi Fred Qrim məlumat verib. Onun sözlərinə görə, 23 yaşlı yarımmüdafiəçinin meydana çıxıb-çıxmamağı həkimlərin qərarından asılı olacaq.

K.Teylorla yanaşı, “Ayaks”ın aparıcı hücumçusu Vaut Veqhorst da sıradan çıxıb. "Fortuna" ilə görüşdə (3:1) zədə alan 33 yaşlı futbolçunun Ağdam klubuna qarşı oynayıb-oynamayacağı hələlik bəlli deyil.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: