"Qarabağ" - "Ayaks" oyununu sloveniyalı hakim idarə edəcək

A- A A+

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun təyinatları bəlli olub.

NUHÇIXAN-ın məlumatına görə, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Rade Obrenoviç idarə edəcək. Ona Jure Praprotnik və Grega Kordež köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR-da Matej Jug, AVAR-da Alen Borošak əyləşəcək.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: