Azərbaycanın FIFA referisi Kamal Umudlu növbəti dəfə beynəlxalq təyinat alıb.
NUHÇIXAN xəbər verir ki, o, UEFA Gənclər Liqasının VI turunda "Atalanta" (İtaliya) - "Çelsi" (İngiltərə) görüşünün baş hakimi olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Qeyd edək ki, qarşılaşma dekabrın 9-da Berqamo şəhərində təşkil olunacaq.
