Naxçıvan idmançıları “Şuşa Kuboku”nda 10 medal qazanıblar - FOTOLAR

A- A A+

Sərhədçi İdman Mərkəzində kikboksinq üzrə ənənəvi "Şuşa Kuboku" turniri keçirilib. Yarışda ölkəmizin 20-yə yaxın rayon və şəhərindən 44 klub və ümumilikdə 455 idmançı iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Naxçıvanı turnirdə məşqçilər Etibar Qəribov və Elvin Qoçəliyevin rəhbərliyi altında 3 klubdan 12 idmançı təmsil edib.

Təmsilçilər 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. İdmançılardan 3-ü döyüş gecəsinin qalibi kimi kuboka layiq görülüb.

“Araz” Kikboksinq Klubundan 2012–2013 yaş kateqoriyasında çıxış edən idmançılar Mövlan Seyidov (37 kq) və Ülvü Əliyev (44 kq) “low kick” versiyasında kuboka sahib çıxıblar. Rüzgar İbrahimli (32 kq “kick light”) gümüş, Oğuz Cavadlı (37 kq, “kick light”) və Polad Həsənli (48 kq, “low kick”, 2010–2011) bürünc medalçı olublar.

“Ləvənt Bulut” Döyüş Klubundan Hüseyn Behbudov (35 kq, “low kick”, 2014) da döyüş gecəsində qalib gələn idmançılardan olub. Turnirdəki yeganə qız təmsilçi Zenfira Məmmədova (60 kq, “low kick”, 2011) gümüş medal qazanıb. Mirac Qocayev (51 kq, “low kick”, 2009) gümüş, Tayfur Əliyev (50 kq, “low kick”, 2009) isə bürünc medala layiq görülüb.

“Turan” Döyüş Klubunun təmsilçisi Uğur Əliyev (71 kq, “low kick”, 2008) inamlı qələbələri sayəsində qızıl medala sahib çıxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: