"Liverpul"un qapıçısı "Milan"a transfer oluna bilər

A- A A+

İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson yenidən İtaliya A Seriyasında çıxış edə bilər.

NUHÇIXAN "Sky Sport"a istinadən xəbər verir ki, "Milan" kollektivi 33 yaşlı qolkiperin xidmətində maraqlıdır.

"Rossonerilər" yayda müqaviləsinin müddəti başa çatacaq hazırkı qapıçıları Mayk Menyanla yeni sözləşmə ilə bağlı razılığa gələ bilmirlər.

Mənbə bildirir ki, Braziliya millisinin "çərçivə qoruyucusu" "Milan"da çıxış etməyə müsbət yanaşır. Baxmayaraq ki, onun Premyer Liqa təmsilçisi ilə 2027-ci ilə qədər müqaviləsi qüvvədədir.

Qeyd edək ki, Alisson 2018-ci ildə "Liverpul"a digər İtaliya komandası "Roma"dan transfer olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: