Konor Makqreqor idmançı karyerasını başa vurub

A- A A+

Mütləq Döyüş Çempionatının (UFC) orta yüngül çəkidə çempionu, irlandiyalı döyüşçü Konor Makqreqor idmançı karyerasını başa vurduğunu elan edib.

NUHÇIXAN xəbər verir ki, 30 yaşlı idmançı bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Mən UFC-da olan karyeramı bitirmək qərarına gəldim. Bütün köhnə həmkarlarıma karyeralarında uğurlar arzu edirəm”, – deyə Makqreqor bildirib.

UFC versiyası üzrə dünyanın ən populyar və ən güclü idmançılarından hesab edilən Konor Makqreqor keçirdiyi 24 döyüşün 21-də qalib gəlib. O, ilk dəfə 2015-ci ildə UFC çempionu adını qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: