Bilyard üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb

A- A A+

Azərbaycan Bilyard Federasiyası (ABF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında bilyardın “pool” növü üzrə ölkə çempionatı keçiriləcək.

ABF-dən NUHÇIXAN-a verilən məlumata görə, kişi və qadınlar arasında təşkil olunacaq yarış dekabrın 13–15-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq.

Çempionatda ölkənin müxtəlif regionlarından güclü idmançıların iştirakı gözlənilir. Yarışlar beynəlxalq standartlara uyğun qaydalar əsasında keçiriləcək, qaliblər medal və diplomlarla təltif olunacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: