“Araz-Naxçıvan” qış fasiləsində iki futzalçı ilə yollarını ayıracaq.
Bu barədə NUHÇIXAN-a Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
Klub rəsmisi bildirib ki, braziliyalı Karlos Enrike Bertuola və Mirzə Əmirov komandanı tərk edəcəklər. Digər oyunçularla isə danışıqlar davam edir.
