Naxçıvanda yeniyetmə oğlanlar və qızlar arasında voleybol üzrə “Suverenlik kuboku” uğrunda birincilik keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, 17-20 dekabr 2025-ci il tarixlərində Naxçıvanda yeniyetmə oğlanlar və qızlar arasında voleybol üzrə “Suverenlik kuboku” uğrunda birincilik keçiriləcək. Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunacaq yarışda 4 oğlan, 4 qız komandası iştirak edəcək.

Oğlanların yarışında “Gənc Milli Oğlanlar”, Bakının “Murov Az Terminal” Voleybol Klubunun komandası, “Naxçıvan” komandası və Türkiyənin İğdır şəhərinin komandası, qızların yarışında isə “Gənc Milli Qızlar”, “Milli Aviasiya Akademiyası” Voleybol Klubunun komandası, Naxçıvanın “Möminə Xatun” komandası və Türkiyənin İzmir şəhərinin “Altınordu” Voleybol Klubunun komandası mübarizə aparacaq.

Çempionat Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcəkdir. 17 dekabr tarixində saat 09:00-da tədbirin rəsmi açılış mərasimi keçiriləcək. 20 dekabr tarixində final qarşılaşmalarından öncə - saat 13:30-da konsert  proqramı təşkil olunacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: