“Neftçi”nin futbolçusu Sessi D’Almeyda milliyə dəvət alıb.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, yarımmüdafiəçi Benin seçməsinin Afrika Millətlər Kubokunun oyunları üçün yığmaya çağırılıb.
D qrupunda yer alan Benin kollektivi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.
Qeyd edək ki, Afrika Millətlər Kuboku dekabrın 21-də start götürəcək.
