Gənclər arasında Avropa kuboku yarışlarında kişi cüdoçularımız tam heyətlə çıxış edəcəklər

A- A A+

Aprelin 6-7-də İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışları keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, qitə kuboku yarışlarında ölkəmizi 17 cüdoçu təmsil edəcək.

Turnirdə kişi cüdoçularımız bütün çəki dərəcələrində çıxış edəcəklər. Qızlar arasında keçirilən yarışlarda isə idmançılarımız yalnız 48, 57 və 63 kiloqram çəki dərəcələrində tatamiyə çıxacaqlar.

Qeyd edək ki, Avropa kuboku yarışlarında 35 ölkədən 571 cüdoçu iştirakını təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: