Türkiyənin tanınmış klubu III Liqaya düşüb

A- A A+

Türkiyədə mərc oyunları ilə bağlı aparılan araşdırma nəticəsində çox sayda futbolçusu cəza alan "Yeni Malatyaspor" ardıcıl oyunlarda iştirak etmədiyi üçün III Liqaya endirilib.

NUHÇIXAN yerli mətbuata istinadla xəbər verir ki, komanda 29 noyabrda “Adanaspor”, 6 dekabrda “İsparta 32”, 13 dekabrda isə “Kırklarelispor” ilə keçirilməli olan matçlara çıxmayıb.

Qeyd edək ki, vaxtilə Türkiyə Superliqasında çıxış etmiş “Yeni Malatyaspor” 2018-2019-cu illər mövsümündə çempionatda beşinci yeri tutaraq, növbəti il Avropada Liqasında iştirak hüququ qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: