Azərbaycan atletləri Batumidə keçiriləcək Avropa çempionatında iştirak edəcəklər

A- A A+

Aprelin 5-dən 14-dək Batumidə ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Tokioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionata 40-dan çox ölkədən, o cümlədən Azərbaycandan ağır atletlər güclərini sınayacaqlar.

Çempionatda qadın ağır atletlərimizdən Mərziyyə Məhərrəmova (44 kq), Səbinə Əzimova (55 kq), Boyanka Minova-Kostova (59 kq), kişi idmançılarımızdan Məhəmməd Məmmədli (67 kq), Rüstəm Qasımov (67 kq), Paşa İbrahimli (71 kq), Kənan Xəlilov (71 kq), Kənan Əliquliyev (81 kq), Fəqan Əliyev (81 kq), Nailxan Nəbiyev (96 kq) və Kamran İsmayılov (96 kq) mübarizə aparacaqlar.

Yarışların idarə olunmasında ölkəmizi Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası Vahid Nəzərov təmsil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: