Naxçıvanda “Suverenlik kuboku” uğrunda voleybol birinciliyi başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində Azərbaycan və Türkiyə komandalarının iştirakı ilə yeniyetmə oğlanlar və qızlar arasında “Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Suverenlik kuboku” uğrunda voleybol birinciliyi başa çatıb. 

Dekabrın 20-də Olimpiya İdman Kompleksində birinciliyin final görüşləri keçirilib. İlk üç yerə çıxan komandalar mükafatlandırılıb.

Oğlanlar arasında keçirilən birinciliyin qalibi olmuş “Gənc Milli Oğlanlar” komandasının üzvlərinə kubok və medalları Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, qızlar arasında birinciliyin qalibi olmuş  "Gənc Milli Qızlar” komandasına kubok və medalları isə Azərbaycan Voleybol Federasiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov təqdim ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: