Boksçularımız Türkiyədə keçirilən dostluq turnirində uğurla çıxış edib - FOTOLAR
Türkiyə Respublikasının Ağrı ilində boks üzrə qonşu ölkələrin beynəlxalq dostluq turniri keçirilib. Türkiyə, İran və Azərbaycan idmançılarının iştirakı ilə keçirilən yarışda ölkəmizi Naxçıvan yığma komandası təmsil edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan yığma komandasını turnirdə 5 məşqçi və 36 idmançı təmsil edib. Boksçularımız 14-ü qızıl, 16-sı gümüş və 2-si bürünc olmaqla 32 medal qazanıblar.
Təmsilçilərimizdən Ruhin Səfərov, Özkan Həsənov, Turan Allahverdiyev, Nizam İsgəndərov, Said Nuriyev, Həsən Rəhimov, Aftandil Bəşirov, Sərxan Allahverdiyev, Elbrus Kərimli, Elmurad Kərimli, Kamal Məmmədov, Mikayıl Bayramlı, Fikrət Abbaslı və Ucal Musayev qızıl medal qazanmağa müvəffəq olublar.