Çempionlar Liqası: Ulduz futbolçunun “Qarabağ”la oyunu buraxacağı dəqiqləşib

A- A A+

İngiltərənin “Liverpul” komandasının hücumçusu Aleksander İsak UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la keçiriləcək oyunu buraxacaq.

NUHÇIXAN xəbər verir ki, buna futbolçunun Premyer Liqanın XVI turunda “Tottenhem”lə (1:2) matç zamanı aldığı zədə səbəb olub. O, 56-cı dəqiqədə qol vurduqdan sonra zədələnərək meydanı tərk edib.

MRT müayinəsinə əsasən, isveçli forvardın uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Mersisayd təmsilçisinin digər əsas hücumçusu Məhəmməd Salah isə Afrika Millətlər Kubokunun oyunları ilə bağlı “Liverpul”un düşərgəsini tərk edib. Bütün bunları nəzərə alan klub rəhbərliyi yeni hücumçu axtarışlarına start verib.

Qeyd edək ki, 2026-cı il yanvarın 29-da “Enfild” stadionunda keçiriləcək “Liverpul” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: