Zəka sahibləri üçün interaktiv məşğələ keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində “Qambitlərin izahlı təhlili” mövzusunda interaktiv məşğələ keçirilib.

Dərsi mərkəzin direktoru, beynəlxalq hakim Emin Hacıyev tədris edib. O, əvvəlcə şagirdlərə muxtar respublikada bu zəka oyununun tədrisi və bu sahədə qazanılan uğurlardan danışıb. Məşğələ zamanı şagirdlərə qambitlərin izahlı təhlili göstərilib. Bildirilib ki, qambit piyada qurban verməklə oyunda üstün vəziyyətin yaradılmasıdır.

Daha sonra “EVANS” qambiti haqqında şagirdlərə geniş məlumat verilib. Ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər də dərsdə iştirak ediblər. Ümumilikdə interaktiv dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib. İnteraktiv dərs zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.

    Turab Hacızadə

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: