Karateçilərimiz “Tbilisi Open” beynəlxalq turnirindən medalla qayıdıblar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançıları “Tbilisi Open” beynəlxalq turnirində uğurla çıxış ediblər.
Martın 23-24-də Gürcüstan Respublikasının Tiflis şəhərində keçirilən 9-cu “Tbilisi Open” beynəlxalq turnirində muxtar respublikamızı Karate-do Federasiyasının iki idmançısı təmsil edib.
Nəticələrə gəlincə 6-7 yaş qrupunda, 28 kq çəki dərəcəsində Rafiq Hüseynli I yerə, 8-9 yaşlıların qrupunda 35 kq çəkidə mübarizə aparan Yaqub Qənbərov isə III yerə layiq görülüb.
Rəmzi Tahirli