“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonun köməkçiləri müəyyənləşib.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, baş məşqçinin fikizi hazırlıq üzrə köməkçisi Rikkardo De Vivo olacaq. UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu Tbilisi “Dinamo”su olub. İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan) və “Episkopi” (Yunanıstan) klublarında da işləyib.
Baş məşqçinin digər köməkçiləri Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.
