Türkiyə Superkuboku: "Qalatasaray" yarımfinalda "Trabzonspor"la üz-üzə gələcək

A- A A+

Bu gün futbol üzrə Türkiyə Superkubokunda ilk yarımfinal oyunu keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, "Qalatasaray" finala gedən yolda "Trabzonspor"la üz-üzə gələcək.

Qaziantep Böyükşəhər Stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Bu raundun digər görüşü yanvarın 6-da “Fənərbağça” və “Samsunspor” komandaları arasında gerçəkləşəcək.

Final matçı yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: