Martın 29-da Tbilisidə Azərbaycan komandasının da qatıldığı qadın və kişi cüdoçular arasında Qran-Pri turniri başlayıb.
NUHÇIXAN xəbər verir ki, turnirin ilk günündə cüdoçularımızdan yalnız İsmayıl İbrahimov (66 kq) medal görüşlərinə vəsiqə qazanıb. Təmsilçimiz yarımfinalda İsrail təmsilçisi Tal Flikerə cərimə xalları ilə məğlub olub. İ.İbrahimov növbəti mərhələdə bürünc medal uğrunda görüşə çıxacaq.