“Sabah” özbəkistanlı futbolçunu birdəfəlik transfer edib

A- A A+

“Sabah” komandası futbolçu Umarali Raxmonaliyevi birdəfəlik transfer edib.

Klubdan NUHÇIXAN-a bildirilib ki, Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.

Yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Umarali Raxmonaliyev 2025-ci ilin yanvar ayından “Sabah”ın üzvüdür. 22 yaşlı futbolçu Bakı klubunun heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: