Türkiyənin “Beşiktaş” komandası qapıçısı Mərt Günokla yollarını ayırıb.
NUHÇIXAN klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı qolkiperlə müqaviləyə vaxtından əvvəl xitam verilib.
Türkiyə millisinin üzvü 2021-ci ildən “qara qartallar”ın heyətində çıxış edirdi.
Mərt Günok karyerasını sabiq komandası “Fənərbağça”da davam etdirəcək. Onunla yaxın zamanda rəsmi müqavilə imzalanacaq.
