"Qarabağ" azarkeşləri üçün "Enfild"də ayrılan yerlərin sayı bəlli olub

A- A A+

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turunda baş tutacaq "Liverpul"la matçda "Qarabağ"ın azarkeşləri üçün "Enfild"də ayrılan yerlərin sayı bəlli olub.

Bu barədə NUHÇIXAN-a Ağdam klubunun mətbuat xidmətindən bildirilib.

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Liverpul" (İngiltərə) - "Qarabağ" matçını "Enfild"də izləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

"iTicket.az" saytında onlayn şəkildə satılacaq biletlərin qiyməti 115 AZN təşkil edəcək. "Qarabağ" azarkeşləri üçün meydan sahiblərinin stadionunda 1250 yer ayrılıb.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-i Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: