Martın 30-da İtaliya A Seriyasının 29-cu turunun növbəti oyunları keçirilib.
NUHÇIXAN xəbər verir ki, turun maraq doğuran oyunu "Luigi Ferraris" stadionunda oynanılıb. Çempionatın iddialı klublarından sayılan "Milan" səfərdə "Sampdoriya" komandasının qonağı olub.
Görüşdə hesabı meydan sahibləri 43-cü saniyədə açıblar. Milanlıların qapıçısı Canluici Donarummanın səhvini Qreqoire Defler bağışlamayıb - 1:0. Bu, oyunda yeganə qol olub. "Milan"ın oyunun sonuna kimi hücumlarına baxmayaraq hesab dəyişilməyib.
Son çempion "Yuventus" isə öz meydanında "Empoli" komandasını qəbul edib. Bu oyununda da meydan sahiblərinin minimal hesablı qələbəsi qeydə alınıb - 1:0. Görüşdə yeganə qolun müəllifi 72-ci dəqiqədə Moise Kin olub.