“Qalatasaray” üzərində qələbəyə görə “Fənərbağça”nın futbolçularına 1,5 milyon avro mükafat verilib

A- A A+

Futbol üzrə Türkiyə Superkubokunun qalibi olan “Fənərbağça”da komanda üzvlərinə pul mükafatı verilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.

İddiaya görə, finalda “Qalatasaray” üzərində qazanılan qələbəyə görə futbolçular ümumilikdə 1,5 milyon avro mükafat alıblar.

Qeyd edək ki, ötən gün Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşma “Fənərbağça”nın 2:0 hesablı qalibiyyəti ilə başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: