Naxçıvanda “Sağlam məhəllə” layihəsi tamamlanmaq üzrə: 3 bölgədə idman zonası istifadəyə veriləcək - FOTOLAR

A- A A+

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə ölkənin müxtəlif regionlarında “Sağlam məhəllə” layihəsi əsasında idman zonaları yaradılır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, layihə Babək, Culfa və Şahbuz şəhərlərini də əhatə edir. 

2025-ci ilin noyabr ayından etibarən inşaat işlərinə start verilən həmin şəhərlərdə proses paralel və ardıcıl şəkildə davam etdirilməkdədir. Hər üç ərazidə betonlama, bərkitmə, çəpərləmə işləri aparılıb, minifutbol və basketbol oyun sahələrində müvafiq işlər görülüb. “Sağlam məhəllə” layihəsi üzrə işlərin cari ilin fevral ayında tam başa çatdırılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən layihənin uğurlu icrası üçün yaxından dəstək göstərilir, lazımi işlər icra edilir.

Qeyd edək ki, hər bir idman zonasında açıq havada idman fəaliyyətləri üçün uyğun mühit yaradılacaq. Vətəndaşlar burada minifutbol, basketbol, stolüstü tennis və şahmat idman növləri ilə məşğul ola, eyni zamanda trenajor avadanlıqlarından faydalana biləcəklər. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: