Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

A- A A+

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

NUHÇIXAN xəbər verir ki, milli komandanın üzvü yanvarın 17-dən 27-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək.

Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazası hesab olunur.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: