Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Antalyada hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib.
Azərbaycan Cüdo Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, Avropanın tanınmış cüdo xadimlərinin, bir neçə idman təşkilatlarının rəsmi nümayəndələrinin də iştirak etdikləri seminarda yeni qaydaları izah edilib, geniş müzakirələr aparılıb.
Seminarda Azərbaycan Cüdo Federasiyasının hakimlər komitəsinin sədri, beynəlxalq dərəcəli referi Mətin Rəhimli və komitənin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Fariz Hüseynov da iştirak ediblər.