"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb.
NUHÇIXAN-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.
Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəllifi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Çaibi (78-p.) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.
Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-a çatdırıblar.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu - VIII turda, dekbarın 29-da səfərdə İngiltərənin "Liverpul" kollektivinin qonağı olacaq.
