Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasında 960-cı qolunu vurub.
NUHÇIXAN-ın məlumatına görə, o, Səudiyyə Ərəbistanı çempionatının XVII turunda "Damak" ilə matçda 50-ci dəqiqədə Joao Feliksin ötürməsindən rəqib qapısına yol tapıb.
Qarşılaşmada Ronaldonun qolu qələbəni təmin edib - 2:1.
Ronaldu milli komandalar, Avropa çempionatları və Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu və rəsmi matçlarda 960 qola çatan ilk futbolçudur. Portuqaliyalı mütəxəssisin hesabında beş Çempionlar Liqası, 2016-cı ildə bir Avropa çempionatının qızıl medalı və iki UEFA Millətlər Liqası titulları var.
