Bu gün Misli Premyer Liqasının XVII turunda daha iki oyun keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə meydana "Şamaxı" və "Qəbələ" komandaları çıxacaq. Şamaxı şəhər stadionunda təşkil olunacaq görüş saat 14:00-da başlayacaq. Meydan sahibləri 20 xalla 8-ci, qonaqlar isə 8 xalla 11-ci yerdədir.
Günün son matçında "Qarabağ" "Azərsun Arena"da "Kəpəz"lə üz-üzə gələcək. Oyun saat 16:30-da start götürəcək. Ağdam klubu 36 xalla 2-ci, Gəncə təmsilçisi isə 9 xalla 10-cu sıradadır.
Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" ilə (0:0) bərabərə qalıb. Tura yanvarın 25-də yekun vurulacaq.
