Naxçıvanda Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə hazırladığı Tədbirlər Planına uyğun olaraq Vətən müharibəsi iştirakçıları ilə könüllü gənclərin görüşü təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata əsasən YAP Naxçıvan şəhər təşkilatında keçirilən görüşdə Vətən müharibəsi iştirakçıları – mayor Kamal Məmmədov, mayor İslam Əmrahov və kapitan Yaqub Əliyev iştirak ediblər.

Tədbir zamanı müharibə iştirakçıları çıxış edərək gənclərə vətənpərvərlik, dövlətçiliyə sədaqət və milli birlik anlayışlarının əhəmiyyətindən danışıblar. Bildirilib ki, Vətənə sevgi, torpağa bağlılıq və yüksək vətəndaşlıq mövqeyi hər bir gəncin əsas mənəvi dəyərləri sırasında olmalıdır. Çıxışlarda gənclərin ictimai fəallığının artırılmasının, onların sağlam ideoloji düşüncə əsasında formalaşdırılmasının və cəmiyyətin inkişafında fəal mövqe tutmalarının vacibliyi vurğulanıb. Həmçinin müharibə iştirakçıları döyüş xatirələrini bölüşərək gənclərin suallarını cavablandırıblar.

Bu cür görüşlərin keçirilməsində əsas məqsəd gənclərdə Vətənə sevgi hissinin gücləndirilməsi, vətəndaşlıq məsuliyyətinin formalaşdırılması, milli-mənəvi dəyərlərə bağlılığın artırılması, eləcə də onların cəmiyyət və dövlət qarşısında üzərlərinə düşən vəzifələri daha dərindən dərk etmələrinə zəmin yaratmaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: