“Bakı 2019” Avropa Gənclərinin XV Yay Olimpiya Festivalının Təşkilat Komitəsi iyulun 21-dən 27-dək keçiriləcək bu mötəbər idman yarışını işıqlandıracaq media nümayəndələrinin (yazılı mətbuat təmsilçiləri, fotoqraflar və rəsmi (yayım hüququ olmayan) televiziya və radio şirkətlərinin əməkdaşları) qeydiyyatı prosesinə aprelin 2-də start verib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, festivalın işıqlandırılmasında iştirak etmək istəyən media nümayəndələri eyofbaku2019.com saytında “Media” bölməsinə daxil olaraq qeydiyyat prosesi barədə ətraflı məlumat əldə edib, akkreditasiya üçün müraciət edə bilərlər (https://eyofbaku2019.com/az/page/media-accreditation). Bu bölmədə, həmçinin qeydiyyatla bağlı tələblər, eləcə də yarışlar müddətində KİV təmsilçiləri üçün yaradılacaq şərait və təklif olunacaq xidmətlər barədə ətraflı məlumat verilib. Media xidmətləri barədə ətraflı məlumatı https://eyofbaku2019.com/az/page/press-operations keçidindən əldə etmək mümkündür.
Qeydiyyatla bağlı müraciətlər mayın 15-dək edilməlidir. Həmin tarixdən sonra ediləcək heç bir müraciət qəbul olunmayacaq.
Əlavə məlumat üçün [email protected] elektron ünvanı ilə əlaqə saxlamaq lazımdır.