“Qarabağ” "Liverpul"la oyun üçün İngiltərəyə yollanıb - FOTOLAR
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda səfərdə "Liverpul" komandası ilə qarşılaşacaq “Qarabağ” İngiltərəyə yollanıb.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, Ağdam təmsilçisi səfərə çarter reysi ilə yola düşüb.
Qeyd edək ki, görüş yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.