Futbol üzrə İtaliya A Seriyasının sonuncu turu çərçivəsində növbəti oyunlar keçirilib.
NUHÇIXAN xəbər verir ki, turun maraqla gözlənilən oyunu "Olimpiko" stadionunda baş tutub. "Lazio" "İnter" klubunu qəbul edib. Oyunun 9-cu dəqiqəsində meydan sahibləri hesabı açıblar. Cinah ötürməsindən sonra top "İnter"in oyunçusu Perişicə dəyərək qapıdan keçib - 1:0. Qarşılaşmanın 29-ci dəqiqəsində qonaqlar Deabrossionun sayəsində hesabı bərabərləşdiriblər - 1:1.
Birinci hissənin əsas vaxtına iki dəqiqə qalmış Simyone İnzaqinin yetirmələri yenə də irəli çıxıblar. Filip Anderson fərqlənib - 2:1.
Gərgin keçən birinci hissədə baş hakim Canluka Rokki 5 sarı vərəqə göstərib. Fasilədən sonra matçın 78-ci dəqiqəsində qayda pozuntusuna görə hakim Luliçi meydandan kənarlaşdırıb və meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. "Nerazdura"nın kapitanı Mario İkardi fülsəti əldən verməyib - 2:2. Qoldan sonra irəli atılan "İnter" klubu öz istədiyinə 81-ci dəqiqədə catıb. Künc zərbəsindən sonra Matias Veçino baş zərbəsi ilə oyunda son nöqtəni qoyub - 2:3. Beləliklə görüş "İnter"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Digər maraqla gözlənilən oyun "San Siro" stadionunda keçirilib. "Milan" "Fiorentino"nı qəbul edib. Oyun 5:1 "rossoneri"in qələbəsi ilə yekunlaşıb. Djenaro Qatuzzonun yetirmələrinin heyətində Hakan Çalxanoğlu, Kutrone (2), Kaliniç və Bonaventura, "Fiorentino"un heyətində isə Simyone fərqləniblər.
Turun digər oyunlarında nəticələr:
"Yuventus" - "Verona" - 2:1
"Kalyari" - "Atalanta" - 1:0
"Kievo" - "Bonevento" - 1:0
"Spal" - "Sampdoriya" - 3:1
"Napoli" - "Kratone" - 2:1
"Udineze" - "Bolonya" - 1:0
"Sasuolo" - "Roma" - 0:1.