Naxçıvanda “Gənc Fest” festivalı keçiriləcək - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında Naxçıvan şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gənc Fest” festivalı keçiriləcək.
Ölkəmizdə həyata keçirilən “Gənclər həftəsi” proqramı çərçivəsində təşkil olunacaq festival fevralın 6-sı saat 14:00-da "Naxçıvanqala" Tarix Memarlıq Muzey Kompleksində baş tutacaq. İki gün davam edəcək tədbirə hər kəs qatıla bilər.
Festival çərçivəsində hərbi-vətənpərvərlik, yaradıcılıq və əyləncə zonaları fəaliyyət göstərəcək, intellektual müsabiqələr, interaktiv təlimlər təşkil olunacaq. Festivalda həmçinin tanınmış ifaçı Mətin Hüseynzadə (Madteen) konsert proqramı ilə çıxış edəcək.
“Gənc Fest” gənclərin intellektual, yaradıcı və fiziki potensialının inkişaf etdirilməsi, onların sosial fəallığının artırılması və milli-mənəvi dəyərlərə bağlılıq ruhunun gücləndirilməsi məqsədi daşıyır.