Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubundan ayrıla bilər

A- A A+

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu bu ilin yayında Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrıla bilər.

NUHÇIXAN “Record” nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı hücumçu ilə klub rəhbərliyi arasında fikir ayrılığı yaranıb.

Ulduz futbolçu Səudiyyə Ərəbistanının digər klubları ilə müqayisədə “Əl-Nəsr”ə daha az dövlət investisiyasının ayrılmasından narazıdır.

Bu səbəbdən forvard ölkə çempionatının XX turunun “Əl-Riyad”la oyununda (1:0) iştirak etməyib. Onun komandasının matçlarını boykot etdiyi iddia olunur.

Qeyd edək ki, Kriştianu Ronaldunun “Əl-Nəsr”lə müqaviləsindəki sərbəstqalma maddəsi 50 milyon avrodur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: