Ulduz futbolçunun “Fənərbağça”ya transferi baş tutmayıb

A- A A+

Fransa millisinin və Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasının futbolçusu Nqolo Kantenin “Fənərbağça”ya transferi baş tutmayıb.

NUHÇIXAN Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin keçidi üçün lazım olan sənədlərin sistemə vaxtında yüklənməməsi səbəb olub.

İstanbul təmsilçisi üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirsə də, qarşı tərəf eyni dərəcədə məsuliyyətli hərəkət etməyib. Nəticədə Kantenin “Fənərbağça”ya, Yussuf En-Nesirinin isə “Əl-İttihad”a keçidi alınmayıb.

Qeyd edək ki, daha əvvəl tərəflər arasında hər iki oyunçunun transferi ilə bağlı razılıq əldə olunmuşdu. Hətta Nqolo Kante tibbi müayinədən də keçmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: