“Beşiktaş” Cənubi Koreya millisinin hücumçusunu transfer edir

A- A A+

Türkiyənin “Beşiktaş” komandası heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

NUHÇIXAN klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Belçikanın “Genk” kollektivində çıxış edən Cənubi Koreya millisinin üzvü O Hön Qü ilə danışıqlar aparır.

Tərəflərin tezliklə anlaşacağı və 25 yaşlı hücumçunun İstanbula gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, O Hön Qü 2024-cü ildən “Genk” klubunda çıxış edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: