Türkiyənin “Qalatasaray” komandası növbəti futbolçu transferini həyata keçirməyə hazırlaşır.
NUHÇIXAN Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisinin anlaşdığı Renatu Nyaqa İstanbula gəlib.
Qvineya-bisaulu yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Renatu Nyaqu Portuqaliyanın “Kaza Piya” klubundan transfer olunub.
