Aprelin 3-də futbol üzrə İngiltərə Premyer Liqasının 32-ci turunun növbəti oyunları keçirilib.
NUHÇIXAN xəbər verir ki, turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Mançester Siti" doğma azarkeşlər önündə "Kardiff Siti"nin qapısından iki cavabsız top keçirib. "Şəhərlilər"in heyətində Kevin de Brüyne (6) və Leroy Sane (44) fərqləniblər.
Bu qələbə sayəsində "Mançester Siti" xallarının sayını 80-ə çatdıraraq turnir cədvəlində vahid liderə çevrilib. "Kardiff Siti" isə 28 xalla 18-ci yerdədir.
London təmsilçisi "Tottenhem" yeni stadionunda keçirdiyi ilk qarşılaşmada "Kristal Pelas"ı eyni hesabla məğlub edib.
Paytaxtın digər təmsilçisi "Çelsi" isə "Brayton" komandasını böyük hesabla məğlubiyyətə uğradıb – 3:0.