Naxçıvanda "Gənc Fest" festivalı keçirilir - FOTOLAR
Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası (MR) Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında Naxçıvan şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə "Gənc Fest" festivalı keçirilir.
NUHÇIXAN-ın məlumatına görə, ölkə miqyasında həyata keçirilən "Gənclər həftəsi" proqramı çərçivəsində təşkil olunan festival "Naxçıvanqala" Tarix Memarlıq Muzey Kompleksində baş tutub.
Festival çərçivəsində hərbi-vətənpərvərlik, yaradıcılıq və əyləncə zonaları fəaliyyət göstərəcək, intellektual müsabiqələr, interaktiv təlimlər təşkil olunacaq.
Festivalda həmçinin tanınmış ifaçı Mətin Hüseynzadə (Madteen) konsert proqramı ilə çıxış edəcək.