İngiltərəli hakim Mayk Din rekorda imza atıb

A- A A+

İngiltərəli hakim Mayk Din rekorda imza atıb.

NUHÇIXAN xəbər verir ki, 50 yaşlı hakim İngiltərə çempionatının XXXIII turunda “Vulverhemton” ilə “Mançester Yunayted” (2:1) arasında keçirilən görüşün 57-ci dəqiqəsində Mançester təmsilçisinin müdafiəçisi Eşli Yanqa qırmızı vərəqə göstərib. Bu qırmızı vərəqə Mayk Dinin Premyer Liqada karyerası ərzində göstərdiyi 100-cü vərəqə olub. O buna 477-ci oyunda nail olub.

Din ilk qırmızı vərəqəni 2001-ci ildə “Nyukasl” klubunun müdafiəçisi Nolberto Solanoya göstərib. 2000-ci ildən İngiltərə çempionatında hakim kimi çıxış edən Din 2003-cü ildə FIFA refersi adını qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: