ABŞ klubu azərbaycanlı futbolçunun transferini açıqlayıb

A- A A+

ABŞ-ın "Kolombus Kryu" komandası Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin transferini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb. O, beynəlxalq transfer sertifikatı və viza aldıqdan sonra yeni komandasının düşərgəsinə qoşulacaq.

"Qarabağ" da gənc forvardla yolların ayrıldığını rəsmən açıqlayıb. Bildirilib ki, ABŞ təmsilçisi ilə danışıqlar yekunlaşıb, Nəriman Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub.

Qeyd edək ki, Nəriman Axundzadə Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandamızın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış futbolçu əsas millinin heyətində 13 matç keçirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: