Dünya reytinqi: “Qarabağ” 9, “Sabah” 13 pillə irəliləyib

A- A A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

NUHÇIXAN qurumun rəsmi saytına istinadən xəbər verir ki, 502 komandanın daxil olduğu siyahıda Azərbaycanın 4 təmsilçisi yer alıb.

Reytinqdə 9 pillə irəliləyən "Qarabağ" 200 xalla 60-cı yerdə qərarlaşıb. "Sabah" (96 xal) 224-cü pillədən 211-ci sıraya yüksəlib. "Zirə" (63 xal) 389-cu yerdən 418-ə, "Araz-Naxçıvan" (59 xal) 456-dan 468-ci sıraya geriləyib.

Qeyd edək ki, dünya reytinqinə Fransanın PSJ klubu (595 xal) başçılıq edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: